“Qalatasaray”ın icarə əsasında komandada çıxış edən Mauro İkardi üçün onun müqavilə ilə məxsus olduğu Fransanın PSJ klubuna göndərəcəyi təklif müəyyənləşib.

İstanbul təmsilçisi argentinalı ulduzu transfer etmək üçün 8 milyon avro ödəməyə hazırdır.

“Qalatasaray”, həmçinin oyunçunun özünə 4,5 milyon avro məvaciblə 3 illik müqavilə təklif edəcək. Sözləşmədə bonuslar da nəzərdə tutulacaq.

2022-ci ilin sentyabrından “Qalatasaray”da çıxış edən 30 yaşlı forvard bu mövsüm İstanbul klubunun heyətində bütün turnirlərdə 24 oyun keçirib və 20 qol vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir