“Çox xoşbəxtik.

Qazandığımız medalları azərbaycanlı həmkarlarımıza ərmağan edirik”.

“AğdamTv” xəbər verir ki, bunları İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatda qızıl medal qazanan türkiyəli atlet Cansu Bektaş deyib.

“Onlara (azərbaycanlı həmkarlarıma-red) salam olsun.

Sizi çox sevirik, hər zaman yanınızdayıq”, – Avropa çempionatının qızıl medalçısı deyib.

Qeyd edək ki, Cansu Bektaş 45 kq-da fəxri kürsüyə qalxıb.

O, birdən qaldırmada 72 kiloqramın öhdəsindən gələrək qızıl medala sahib olub.

İdmançı azərbaycanlı həmkarlarını dəstəklədiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir