“Aston Martin” komandasının pilotu Fernando Alonso “Formula 1” üzrə dünya çempionatının Azərbaycan Qran Prisi ərəfəsində müqaviləsini yeniləyəcək.

Ağdam tv-nin “Report”a istinadən məlumatına görə, 42 yaşlı idmançının son vaxtlardakı yüksəlişi rəhbərliyi bu addıma əl atmağa vadar edib.

Mövsümün ilk üç mərhələsində finişə üçüncü pillədə çatan ispaniyalının yaşının çoxluğuna baxmayaraq, onun 2024-cü ilə qədər olan sözləşməsinin ən azı daha bir il müddətinə uzadılması ilə bağlı tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədir. “Aston Martin” rəhbərliyi Alonsonun çempion olacağına inanır.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi 28-30 aprel tarixlərində keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir