Azərbaycan güllə atıcısı Ruslan Lunyov Perunun paytaxtı Limada keçirilən Beynəlxalq Atıcılıq İdmanı Federasiyası (ISSF) Dünya kubokundan bürünc medal qazanıb.

“AğdamT”nin məlumatına görə, o, kiçikçaplı pnevmatik tapançadan 25 m məsafəyə sürətli atəş açmada üçüncü olub.

Qeyd edək ki, yarışın qalibi adını fransalı Klemen Besua qazanıb.

Gümüş medalı isə çexiyalı Matey Rampula əldə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir