Azərbaycan idmançısı Zöhrə Ağamirova Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirində böyüklər arasında gürzlərlə hərəkətdə birinci yerə layiq görülüb.

“Agdam tv” xəbər verir ki, gimnastımız 31,700 xal toplayıb.

İkinci yeri Macarıstanı təmsil edən Evelin Viktoriya Koçsis, onun çıxışı 31,050 xalla qiymətləndirilib, üçüncü yeri moldovalı Veronika Sturmilova (30,250 xal) tutub.

Bu proqramda Azərbaycan gimnastı Leyli Ağazadə 26,900 xalla altıncı yeri tutub.

Qeyd edək ki, bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirin yarışları 14-16 aprel tarixlərində keçirilir. Yarışlarda dünyanın 14 ölkəsindən 119 gimnast iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir