Türkiyənin Şırnak vilayətinin Uludərə rayonunda sərnişin mikroavtobusu yoldan çıxaraq aşıb.

“AğdamTv” “Habertürk”ə istinadən xəbər verir ki, hadisə zamanı aralarında uşaqlar da olmaqla 8 nəfər xəsarət alıb.

Məlumata görə, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.

Hadisə yerinə təcili yardım maşını və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir