Qobustanda avtomobil çökəkliyə aşıb.

“Agdam tv” APA-ya istinadən xəbər verir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu Cəngi qəsəbəsindən keçən 61-ci kilometrində 1978-ci il təvəllüdlü Abşeron rayonu, Xırdalan şəhər sakini Fərman Mənaf oğlu Həsənovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil rayon istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq çökəkliyə aşıb. 

Nəticədə sürücü Fərman Həsənov aldığı xəsarətlərdən ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir