Mingəçevirdə yaşayış binasında yanğın olub, bir nəfər xilas edilib.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 52 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd masa, 1 ədəd ütü və pərdə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib.

Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir