Göygöldə yol nəqliyyat hadisəsi baş verib.

“Agdam tv” APA- ya istinadən məlumat verir ki,, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yoldan çıxaraq hasara çırpılıb. Qəza zamanı minik maşınındakı sərnişin 1963-cü il təvəllüdlü Sahilə Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir