Qırğız Respublikasının Xarici İşlər Nazirliyi avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinə edilən hücumu və onun əmlakına qarşı törədilmiş vandalizm aktını qətiyyətlə pisləyir.

“Qarabaginfo” xəbər verir ki, bu barədə Qırğız Respublikası XİN məlumat yayıb.

“İnsidentin hərtərəfli və obyektiv araşdırılmasına, günahkarların məsuliyyətə cəlb olunmasına çağırırıq”, – məlumatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir