“Sumqayıt”ın əvəzedici komandasına yeni baş məşqçi təyin olunub.

Klubdan “Report”a verilən məlumata görə, bunadək “gənclik şəhəri” təmsilçisinin U-19 kollektivinə rəhbərlik edən Vaqif Cavadov “Sumqayıt-2″nin sükanı arxasına keçib.

34 yaşlı mütəxəssislə növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 2016-cı ildə futbolçu kimi “Sumqayıt”ın heyətində 29 oyun keçirib, 6 dəfə rəqib qapılarına yol tapmış Vaqif Cavadov U-19 komandasının baş məşqçisi postunda 27 oyunda 14 qələbə, 4 heç-heçə və 9 məğlubiyyət əldə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir