Rusiyanın çempionatında ən çox qol vuran əcnəbi futbolçuların siyahısı yenilənib.

“Spartak”ın futbolçusu Kvinsi Promes Premyer Liqanın XXIV turunda “Krasnodar”la görüşdə (4:3) fərqlənərək, zirvəyə şərik olub. 169 oyunda 85 dəfə rəqib qapılarının torunu silkələyən niderlandlı ilə birgə iranlı Sərdar Azmun və braziliyalı Vaqner Lav da eyni sayda qol vurublar.

Siyahıda Azərbaycan millisinin keçmiş hücumçusu Nazim Süleymanov da var. Rusiyada “Alaniya” və “Jemçujina”nın formalarını geyinmiş N.Süleymanov Rusiya çempionatında 150 oyun keçirib və 50 qol vurub. O, siyahının 10-cu pilləsində qərarlaşıb.

Almaniyalı keçmiş forvard Kevin Kuranyi də eyni qədər fərqlənib. Sadəcə o, bu saya 123 oyunda çatıb.

Qeyd edək ki, Nazim Süleymanov hazırda da Rusiyada çalışır. 58 yaşlı mütəxəssis “Ximki”nin U-19 komandasının baş məşqçisidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir