Yayda “Qarabağ”da daha bir ayrılıq baş tutacaq.

“AğdamTv” xəbər verir ki, Filip Ozobiçin cari mövsümün sonu başa çatacaq müqaviləsi yenilənməyəcək. Belə ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov xorvatiyalı futbolçunu komandada saxlamaqda maraqlı deyil.

Buna 31 yaşlı yarımmüdafiəçinin tez-tez zədələnməsi və oynadığı matçlarda komandaya faydalı ola bilməməsi səbəb olub.

Qeyd edək ki, Ozobiç 2018-ci ildən “Qarabağ”ın formasını geyinir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir