Türkiyədə “Beşiktaş” və İspaniyanın “Atletiko” (Madrid) komandaları arasında xeyriyyə oyunu keçirilib.

“AğdamTv”nin məlumatına görə, “Vodofon Park” stadionunda oynanılan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0. Qolları 25-ci dəqiqədə Jedson Fernandeş və 88-ci dəqiqədə Kevin Nkudu vurublar.

Matçdan öncə Türkiyədəki zəlzələ qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, oyundan əldə olunacaq gəlir zəlzələdən əziyyət çəkənlərə göndəriləcək.

Daha əvvəl “Qarabağ” Bakıda Türkiyə “Qalatasaray”ı ilə xeyriyyə matçı (1:2) keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir