İspaniya La Liqasında XXX tur davam edir.

“Agdam tv” xəbər verir ki, turun maraqlı görüşlərindən biri Kataloniyada baş tutub.

“Barselona” əfsanəvi “Kamp Nou”da “Atletiko”nu qəbul edib.

Oyunun taleyini bir qol həll edib. Qarşılaşmanın 44-cü dəqiqəsində fərqlənən Ferran Torres “Barselona”ya 3 xal qazandırıb.

Bu nəticə ilə xallarının sayını 76-a çatdıran “Barsa” liderdir. “Atletiko” isə 60 xalla üçüncü pillədə qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir