“Artıq regionlarda voleybolun inkişafı ilə bağlı işlərə başlamışıq.

Bunun üçün konkret planlarımız var”.

Bunu “Report”a müsahibəsində Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Bəhruz Quliyev bölgələrdə voleybolun inkişafı ilə bağlı görüləcək işlər barədə danışarkən deyib.

AVF rəsmisi bildirib ki, hansı bölgədə, hansı regionda voleybol ənənələrinin olması ilə bağlı araşdırma aparıblar: “İlkin qənaətimiz budur ki, Şimal, Mərkəzi Aran və Qərb bölgələrimizdə bu növ həmişə populyar olub.

Artıq həmin regionlardakı voleybol komandaları ilə danışırıq, onların problemləri, çatışmazlıqları ilə maraqlanırıq, müəyyən qeydiyyatlar aparmışıq və dəstəyimizi göstərəcəyik. Məqsədimiz ilk etapda rayonlar arasında çempionatlar keçirmək, daha sonra bunları regional qruplar halında təsnifləşdirmək, yekunda isə fərqlənən komandaları ölkə çempionatına dəvət etməkdir.

Müxtəlif liqalar formalaşdırmaq istəyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir