İngiltərə Premyer Liqasının XXXIV turunun “Arsenal” – “Çelsi” oyunu təxirə salınıb.
“Ağdam Tv” çempionatın rəsmi saytına istinadən xəbər verir ki, buna London polisinin müraciəti səbəb olub.


Qərara əsasən, aprelin 29-da keçirilməli olan qarşılaşma mayın 2-də oynanılacaq.


Qeyd edək ki, “Arsenal” aprelin 26-da “Mançester Siti” ilə qarşılaşacaq.

Bu isə o deməkdir ki, “topçular”ın “Çelsi” ilə görüşə hazırlaşmaq üçün 5 gün vaxtı olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir