“Dövlətimiz və xalqımız zəlzələlərin yaralarını sağaltmaq, geridə qalanların qayğısına qalmaq üçün bütün imkanlarını səfərbər etdi”.

“Ağdam tv” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, zəlzələdən zərərçəkənləri tezliklə normal həyata qaytaracaq:

“İndi ölkəmizə gətirdiyimiz inkişaf səviyyəsini “Türkiyə Əsri” ilə taclandırmaq istəyirik. Həyatın gedişatında qazanclarla yanaşı, fəlakətlər, təəssüf ki, itkilər də yaşana bilər. Zəlzələ fəlakətlərində belə bir kədər yaşadıq. Aranızda bu zəlzələlərdə qohumlarını, tanışlarını itirənlər var. Əbədiyyətə qovuşan bütün vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm. Dövlətimiz və xalqımız zəlzələlərin yaralarını sağaltmaq, geridə qalanların qayğısına qalmaq üçün bütün imkanlarını səfərbər etdi. İnşallah, bir il ərzində şəhərlərimizi dirçəldəcək, zəlzələdən zərər çəkənləri normal həyata qaytacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir