“Rusiya qoşunları 1500 kiloqram ağırlığında idarə olunan bombalarla müntəzəm şəkildə Ukraynanı atəşə tuta bilər”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat telemarafonun efirində bildirib.

İqnatın sözlərinə görə, işğalçılar bütün cəbhə xətti boyunca – Çerniqov vilayətindən cənuba doğru idarə olunan bombalarla hücum edirlər.

O qeyd edib ki, bu yaxınlarda Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqunun müdafiə zavodlarından birində yoxlamalar apardığı barədə məlumat daxil olub. İqnatın sözlərinə görə, Şoyqu bu zaman 2023-cü il üçün qanadlı və GPS naviqasiyasına malik olan 1500 tonluq bomba istehsalı planlarından danışıb.

Bu cür bombalar təmas xəttindən və ya Ukrayna ilə sərhəddən 50 kilometr məsafədən atılır.

“Bizə daşıyıcıların qarşısını ala biləcək və ya onları vura biləcək vasitələr lazımdır. Bunlar “Patriot”, “SAMP-T” sistemləri, müasir “F-16” və ya digər dördüncü nəsil təyyarələrdir”, – deyə İqnat vurğulayıb.

Mənbə: RBC-Ukrayna

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir