Çərşənbə axşamı Yunanıstanın Peloponnes və Krit adası arasında yerləşən Kitira adası yaxınlığında 5,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə Afina Geodinamik İnstitutu məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Kitiradan təxminən 98 km cənub-qərbdə dənizdə olub. Mənbə təxminən 14 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir