Yaponiya 2023-cü il ərzində Ukraynaya 3,5 milyard ABŞ dolları həcmində birbaşa büdcə dəstəyi göstərməyi planlaşdırır.

Bu vəsaitlər prioritet olan sosial və humanitar xərcləri maliyyələşdirəcək.

“AğdamTv” “İnterfaks-Ukraina”ya istinadən xəbər verir ki, Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, bu barədə Yaponiyanın maliyyə naziri Suniçi Suzuki ilə Ukraynanın maliyyə naziri Sergey Marçenkonun Beynəlxalq Valyuta Fondu və Dünya Bankının yaz iclası çərçivəsində Vaşinqtonda keçirdiyi görüşdə danışıqlar olmuşdu.

“Ukrayna Yaponiyanın müharibədə qələbə qazanmağımızı sürətləndirmək üçün verdiyi töhfəni, o cümlədən sistemli olaraq maliyyə, humanitar yardım və Rusiyaya sanksiya vasitəsilə təzyiq göstərməsini yüksək qiymətləndirir.

2023-cü ildə G7-yə sədrlik edən Yaponiya gündəlikdəki məsələnin dəstəklənməsində prinsipial liderlik nümayiş etdirir, həmçinin Ukraynaya maliyyə yardımının koordinasiyasının yaxşılaşdırılmasına çalışır”, – nazirlik S.Marçenkodan sitat gətirib.

Görüş zamanı Yaponiya Maliyyə Nazirliyinin nümayəndələri yenidənqurma işlərində, o cümlədən Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) ilə potensial birgə layihələr vasitəsilə Ukraynaya dəstək verməyə hazır olduqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir