Yəmənin paytaxtı Sana şəhərində xeyriyyə aksiyası zamanı izdiham yaşanıb.

“Ağdam tv” “Associated Press” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 80-ə yaxın şəxs həlak olub, onlarla insan isə yaralanıb. Yaralılardan 13-nün vəziyyətinin ağır olduğu bildirilir.

Ölkənin yerli “Al-Masdar Online” agentliyinin məlumatına görə, insanlar zəkat almaq üçün paytaxtın Bab-el-Yemen bölgəsində toplaşıb. Hadisə şahidlərinin sözlərinə görə, ilk olaraq atəş səsləri eşidilib, daha sonra isə qısa qapanma baş verib və işıqlar sönüb.

Bu isə oraya toplaşanlar arasında həyəcana və izdihama səbəb olub. 

Hazırda insidentlə bağlı araşdırma aparılır. Xeyriyyə aksiyasını təşkil edən iki nəfər saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir