Ukraynada hərbi vəziyyət rejimi və ümumi səfərbərlik müddəti daha 3 ay, avqustun 18-dək uzadılıb.

“AğdamTv” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radası qərar qəbul edib.

Qanunverici orqanın 324 deputatı “Ukraynada hərbi vəziyyətin müddətinin uzadılması haqqında” qanun layihəsinin lehinə səs verib.

333 deputat isə ümumi səfərbərliyin müddətinin uzadılmasını dəstəkləyib.

Qeyd edək ki, Ukraynada ilk dəfə hərbi vəziyyət ötən il fevralın 24-də, yəni Rusiya ilə genişmiqyaslı müharibənin başladığı gün elan olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir