Ukrayna bu il Rusiya ilə müharibəyə son qoymaq üçün müttəfiqlərin hərbi yardımını əhəmiyyətli dərəcədə artırmalıdır.

“AğdamTv” xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirinin müavini Andriy Melnik tviterdə yazıb.

“Biz hərbi yardıma görə müttəfiqlərimizə minnətdarıq.

Lakin bu, yetərli deyil.

Bu il Rusiya təcavüzünə son qoymaq üçün Ukraynaya 10 dəfə daha çox ehtiyac var”, – xarici işlər nazirinin müavini vurğulayıb.

Onun sözlərinə görə, Ukraynanın tərəfdaşları “bütün süni qırmızı xətləri” keçməli və Ukraynaya müdafiə yardımı üçün ÜDM-in 1 %-ni ayırmalıdırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir