Türkiyənin ilk milli “Yeni Altay” tankları sınaq üçün Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.

“AğdamTv”nin məlumatına görə, mərasim Sakaryada keçirilib.

Mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, əsas döyüş tankı olacaq “Yeni Altay” tankı Türkiyənin müdafiə sənayesindəki nailiyyətlərdən biridir:

“Tankın hazırlanması zamanı biz çoxlu çətinliklərlə qarşılaşdıq.

Prosesi sabotaj etməyə cəhd edilib.

Biz təslim olmadıq, bir addım da geri çəkilmədik.

Biz daha yaxşı, daha müasir silah istehsal etmək üçün çox çalışmışıq.

Xüsusilə, mühəndislərimiz bir çox maneələri dəf etmək üçün çox çalışdılar”.

Qeyd edək ki, “Yeni Altay” davamlılıq və təhlükəsizlik baxımından rəqiblərini üstələyir.

120 mm və 55 kalibrli topla təchiz edilən müasir tank atəş sistemi çox güclüdür.

Zərbə gücü baxımından böyük tutuma malik yeni hərbi maşın azı 8 kilometr məsafədəki hədəfi vura biləcək.

“Yeni Altay” nisbətən yüngülliyi sayəsində yüksək hərəkətliliyə malikdir və bunun sayəsində rəqiblərini geridə qoymağı bacarıb.

“Yeni Altay” keyfiyyət baxımından dünyanın ən yaxşısı kimi tanınan “Leopard” tankları ilə müqayisə edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir