Türkiyədə prezident və parlament seçkiləri ərəfəsində hakim Ədalət və İnkişaf Partiyasının qərargahına hücum olub.

Hadisə partiyanın Ankara rayon şöbəsində yaşanıb.

Məlumata görə, 37 yaşlı Abdülkadir Yazıcı əlindəki daş və çubuqla qərargahın pəncərəsinə zərbə endirib.

Partiya binasını qoruyan polislər təxribatçı hücuma dərhal cavab veriblər. Yazıcı tutularaq nəzarətə götürülüb.

Hadisədən sonra partiya binası qarşısında açıqlama verən partiyanın Ankara təşkilatının sədri İbrahim Güzelgöz bildirib ki, belə hücumlar yalnız demokratiyaya edilən hücumlardır.

Onun sözlərinə görə, insident zamanı qərargah əməkdaşlarından heç kim xəsarət almayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir