“Aprelin 22-də zəlzələdən zərərçəkən vətəndaşlarımız üçün inşa olunan ilk evləri təhvil verəcəyik”.

“AğdamTv” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Memar Sinan məscidində qılınan bayram namazından sonra bildirib.

O xatırladıb ki, bu il Ramazan bayramı 11 əyalətdə baş verən təbii fəlakətə görə şadyanalıqla keçirilmir:

“Çünki bayramı öz evində keçirə bilməyən, bayram edə bilməyən qardaşlarımız var.

Zəlzələdən sağ çıxan ailələrimizin, ana və atalarımızın əllərindən öpürəm.

Bütün Türkiyənin bayramını təbrik edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir