Kahramanmaraş mərkəzli zəlzələlərdə həyatını itirənlərin sayı 50 min 500-ə yüksəlib.

“Ağdam tv” Türkiyə mediasına istinadən xəbər verir ki, fevralın 6-da mərkəzi Kahramanmaraş olan 11 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə həyatını itirənlərin sayı artmaqdadır.

Daxili İşlər naziri Süleyman Soylu Kahramanmaraş mərkəzli zəlzələlərdə can itkisinin 50 min 500-ə yüksəldiyini açıqlayıb.

Son vəziyyətlə bağlı açıqlama verən daxili işlər naziri Süleyman Soylu deyib:

“50 min 500 vətəndaş həyatını itirib. Ölən vətəndaşlarımızın yaxınlarına ödənişlər edilib. Bunlar vərəsəlik qanunu şəklində həyata keçirilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir