Türkiyə İrəvanda 1920-ci illərin əvvəllərində Osmanlı siyasi, hərbi liderlərinə və o zamankı Azərbaycan rəsmilərinə qarşı sui-qəsdləri törədənlərə həsr olunmuş “Nemezis abidəsi”nin açılmasını qətiyyətlə pisləyir.

Ağdam tv xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.

“Bu biabırçı abidənin açılışı 31 diplomatımız və onların ailə üzvlərinin ölümü ilə nəticələnən dəhşətli hücumlara səbəb olan qanlı terror aktını təbliğ edir. Erməni mətbuatında bu hadisənin necə təqdim olunması da onu göstərir ki, tarixin təhrif olunmuş və təsdiqi mümkün olmayan təfsiri bəzi düşüncələrdə hələ də davam edir.

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin ruhu ilə bir araya sığmayan bu cür təxribatçı addımlar heç bir halda regionda möhkəm, davamlı sülh və sabitliyin bərqərar olması səylərinə töhfə verməyəcək, əksinə, normallaşma prosesinə mənfi təsir göstərəcək”, – deyə bəyanatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir