Ankaran Misir qazının tədarükü ilə bağlı orta və ya uzunmüddətli müqavilə imzalamaqda maraqlıdır.

“AğdamTv” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaraya rəsmi səfərə gələn Misirin xarici işlər naziri Sami Şükri ilə keçirdiyi mətbuat konfransında deyib.

“Biz həm öz ehtiyaclarımız üçün, həm də digər ölkələrə ixrac üçün Misirdən və hətta ABŞ-dan maye qaz idxal edirik”, – Çavuşoğlu qeyd edib.

Şükri öz növbəsində, Qahirənin ümumən Ankara ilə enerji sektorunda əməkdaşlıqda maraqlı olduğunu, lakin xüsusilə Türkiyənin yardımı ilə bərpa olunan enerjini inkişaf etdirmək istədiyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir