Rusiyanın əməkdar artisti, müğənni Aleksandr Rozenbaum xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, musiqiçi Krasnoyarskda verdiyi konsertdən sonra ayağındakı ağrılardan şikayətlənib.

Müayinə zamanı müğənninin damarlarında qan laxtalanması aşkar edilib və həkimlər onu təcili əməliyyat masasına yatırdıblar.

Əməliyyatın uğurla keçdiyi və 71 yaşlı müğənninin indi həkimlərin nəzarəti altında olduğu bildirilir.

Mənbə: “112” “Telegram” kanalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir