Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” hərəkatı Səudiyyə Ərəbistanına müraciət edərək Ər-Riyadı öz diplomatlarını Kabilə qaytarmağa çağırıb.

“Taliban”ın nüfuzlu üzvlərindən olan Zabihullah Mücahid Səudiyyə Ərəbistanını əmin edib ki, diplomatların təhlükəsizliyi tam təmin olunacaq.

“Şübhə yoxdur ki, Əfqanıstan İslam Əmirliyi (“Taliban”ın istifadə etdiyi dövlət adı – red.) Kabildəki diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etmək üçün bütün səyləri göstərir. İndiyə qədər diplomatların təhlükəsizliyi təmin edilib. Biz istəyirik ki, heç kim bizim ölkədə qorxu altında olmasın” – hərəkatın nümayəndəsi bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir