Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin Suriya probleminin həlli ilə bağlı görüşü mayın əvvəlində Moskvada baş tuta bilər.

“AğdamTv” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber” telekanalına açıqlamasında bildirib.

“Daha öncə xarici işlər nazirlərinin müavinləri görüşün təşkili məsələsi üzərində işləyirdilər. Keçən həftə biz Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bunu müzakirə etdik. Hazırda belə bir görüşün mayın əvvəlində keçirilməsi planlaşdırılır və görüş Moskvada olacaq”, – o deyib.

M.Çavuşoğlunun sözlərinə görə, Suriya üzrə dördtərəfli görüşlərin məqsədi Suriyada nizamlanma mexanizmlərini, o cümlədən Astana prosesini normallaşdırmaq və canlandırmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir