Slovakiya Ukraynaya 30 ədəd piyadaların döyüş maşını (PDM) verməsinin qarşılığında Almaniyanın vəd etdiyi 15 ədəd “Leopard 2A4” tankından ikincisini alıb.

“AğdamTv” xəbər verir ki, bu barədə bu gün TASR agentliyi məlumat yayıb.

Məlumata görə, Slovakiya daha əvvəl Ukraynaya Çexoslovakiyada sovet lisenziyası əsasında istehsal olunan 30 ədəd tırtıllı BMP vermişdi. İkinci “Leopard 2A4” tankının Slovakiya hərbçilərinə təhvil verilməsi Almaniyada baş tutub.

Slovakiya digər 13 ədəd “Leopard”ı ilin sonuna qədər əldə etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir