Dövlət mediası cümə günü bildirdi ki, “Hwasong-18” bərk yanacaqlı qitələrarası ballistik raketlər ölkənin nüvə zərbəsi qabiliyyətini “əhəmiyyətli dərəcədə artırıb” və “düşmənlərə qorxu və narahatlıq gətirəcək”.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın cümə axşamı keçirdiyi son sınaqlarda “yeni tip ballistik raket atdığını” iddia edib. Raket sınağından sonra Yaponiyanın Hokkaydo adasında da həyəcan siqnalı verilib. Amma sınaqlar heç bir təhlükə yaratmadı.

KCNA agentliyində yer alan xəbərdə, Hwasongpho-18-in inkişafı ilə Şimali Koreyanın strateji çəkindirmə qabiliyyətinin gücləndiriləcəyi bildirilib.

Analitiklər sözügedən sınaqları Şimali Koreyanın ilk dəfə orta mənzilli və ya qitələrarası ballistik raketdə bərk yanacaqdan istifadə etdiyinə işarə kimi qiymətləndiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir