Rusiyada koronavirusun daha yoluxucu variantı olan “Arktur” adlı XBB 1.16 subvariantının daşıyıcıları müəyyən edilib.

Ağdam tv xəbər verir ki, araşdırmalara görə, “Arktur” daha yoluxucu ola bilər, lakin çox patogen deyil. Bu o deməkdir ki, onun yaratdığı xəstəlik yüngül formada davam edir.

Qeyd olunur ki, yeni subvariantın aşkarlanması ilə əlaqədar hər hansı antiepidemik məhdudiyyətlərin tətbiqi tələb olunmur.

Qeyd edək ki, “Arktur” Hindistanda da koronavirusa yoluxma hallarının artmasına səbəb olub. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir