Rusiya Silahlı Qüvvələri bu gün Ukraynanın Xerson şəhərini atəşə tutublar.

“AğdamTv” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak teleqramda yazıb.

Onun sözlərinə görə, hücum nəticəsində 2 nəfər qadın həlak olub.

Daxili İşlər Nazirliyi isə məlumat yayıb ki, Rusiyanın hava hücumu nəticəsində hüquq-mühafizə orqanlarının 3 əməkdaşı yaralanıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir