İranın sonuncu şahının böyük oğlu Reza Pəhləvi İsrailə səfər edib, bazar ertəsi axşam Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu və həyat yoldaşı Sara Netanyahu ilə görüşüb.

Ağdam tv Trend-ə istinadən bildirir ki, R.Pəhləvi səfəri zamanı Yad Vaşem Milli Holokost Memorial və Muzeyində Holokostu Anma Günü şərəfinə təşkil edilən mərasimdə iştirak edib.

O, Netanyahu və İsrail prezidenti İshak Hersoqla yanaşı dayanıb, lakin çıxış etməyib.

Bununla belə R.Pəhləvi “i24NEWS”a müsahibəsində tədbirdə iştirak etmək və Holokost qurbanlarını yad etməyin onun vəzifəsi olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir