ABŞ Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzləri (CDC) Çilidə bir kişidə bir neçə mutasiyaya malik quş qripi ştammının aşkar edildiyini açıqlayıb.

Ağdam tv xəbər verir ki, 53 yaşlı kişinin müşahidə altında olduğunu bildirən səlahiyyətlilər virusdakı mutasiyalarla bağlı narahatedici açıqlama verib.

Mütəxəssislər xəbərdarlıq ediblər ki, quş qripi virusunun mutasiyaları onu insanlarda daha ölümcül və yoluxucu edə bilər.

Mütəxəssislər əvvəlki heyvan araşdırmalarının bu mutasiyaların virusun daha zərərli olmasına və ya daha asan yayılmasına səbəb ola biləcəyini göstərdiyini söyləyib. Lakin onlar mutasiyaların virusun insanın yuxarı ağciyərlərində kök salmasını asanlaşdıracağına dair heç bir sübutun olmadığını da bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir