Aprelin 28-dən etibarən Polşadan Ukraynaya dronların ixracı Polşanın inkişaf və texnologiya nazirinin verdiyi ümumi icazə əsasında həyata keçirilə bilər.

“AğdamTv” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, müvafiq qərar Ukraynanın müraciətinə cavab olaraq Polşa hökuməti tərəfindən qəbul edilib.

Polşanın inkişaf və texnologiya nazirinin qərarına əsasən, pilotsuz uçuş aparatlarının (PUA) Ukraynaya ixracı üçün ümumi icazədən Polşada yerləşən istənilən qurum (kommersiya və ya qeyri-kommersiya təşkilatları və ya fiziki şəxslər) istifadə edə bilər. Ümumi icazənin tətbiqi isə PUA-ların hər partiyasının ixracı üçün fərdi icazənin alınması zərurətini aradan qaldırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir