Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun oğlu Nikolay “Vaqner” özəl hərbi şirkətinin sıralarında döyüşüb.

“AğdamTv” xəbər verir ki, bu barədə “Vaqner”in qurucusu Yevgeni Priqojın hərbi müxbir Aleksandr Simonova müsahibəsində bildirib.

“Bütün tanışlarımdan bir nəfər, bir vaxtlar axırıncı liberal kimi tanınan Dmitri Sergeyeviç Peskov, həyatının bir hissəsini Amerikada və ya, yanılmıramsa, İngiltərədə keçirmiş oğlunu gətirib deyir:

“Onu sıravi artilleriyaçı kimi götürün”, – hərbi qruplaşmanın rəhbəri qeyd edib.

Priqojının sözlərinə görə, 33 yaşlı Nikolay “tamamilə normal” xidmət edib:

“Dizinə qədər çirkdə, nəcisdə, “Uraqan”da. Çox adam bunu bilmir”.

Xatırladaq ki, ötən ilin sentyabrında Rusiyada qismən səfərbərlik elan edildikdən sonra mətbuatda Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun oğlu Nikolayın hərbi komissarlığa getməkdən imtina etməsinə dair məlumat yayılmışdı.

Kremlin nümayəndəsi bu iddiaları yalanlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir