Kremlin sözçüsü Dmitriy Peskov Qara dənizin sahilyanı dövlətlər üçün “əməkdaşlıq dənizi” olaraq qalmalı olduğunu bildirib.

“Ağdam tv” xarici mediaya istinadən xəbər verir ki, Peskov Moskvada jurnalistlərə verdiyi açıqlamanı dəyərləndirib.

O Ukrayna xarici işlər naziri Dmitriy Kulebanın fikirlərinə cavab verərək bunları deyib:

“Qara dəniz bütün sahilyanı dövlətlər üçün ortaq dənizdir. Əməkdaşlıq, qarşılıqlı fəaliyyət və təhlükəsizlik dənizi olmalıdır. Onun da bölünməz təhlükəsizliyi olmalıdır”.

Qeyd edək ki, Kulebanın açıqlamalarında ziddiyyətlər olduğunu qeyd edən Peskov “Qara dəniz heç vaxt NATO dənizi olmayacaq” deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir