NASA açıqlama verərək təxminən 270 kiloqramlıq peykin Yerə düşəcəyini açıqlayıb. 

Ağdam tv xəbər verir ki, bəyanatda peykin bir adamın üzərinə düşmə ehtimalı da vurğulanıb.

Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) açıqlama verərək ictimaiyyəti xəbərdar edib. Təxminən 270 kiloqram ağırlığında olan peykin Yerə düşəcəyi və insanlara zərər verə biləcəyi də bildirilib. 

NASA peykin bəzi hissələrinin düşmə zamanı alışacağını, lakin bəzi hissələrinin Yerə düşəcəyini proqnozlaşdırıb. 

Qeyd edək ki, peyk 2018-ci ildə “rabitə problemlərinə” görə buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir