Məlumata görə, söhbət zamanı Türkiyə ilə Özbəkistan arasındakı əlaqələr müzakirə olunub.

Türk dünyası olaraq birlik içində daha çox zirvələrə çatacaqlarına inandığını ifadə edən Prezident Ərdoğan, Türkiyə ilə Özbəkistan arasındakı güclü əməkdaşlığın bu uğurun əsas sütunlarından biri olduğunu bildirib.

Özbəkistan Prezidenti “TOGG” hədiyyəsinə görə Prezident Ərdoğana təşəkkür edib. Mirziyoyev vurğulayıb ki, Türkiyənin hər sahədə olduğu kimi sənaye sahəsində də Prezident Ərdoğanın liderliyində əldə etdiyi irəliləyişlər çox dəyərlidir və “TOGG” Türkiyə ilə birlikdə Türk dünyasının uğurudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir