Bu gün Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası keçiriləcək.

“Agdam tv” xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin saytında bildirilib.

İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistandan nümayəndə heyətlərinin iştirak edəcəyi gözlənilir.

Görüş zamanı beynəlxalq gündəliyin aktual məsələləri və MDB çərçivəsində qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılacaq, birgə proqramların icrası ilə bağlı müzakirələr aparılacaq, həmçinin MDB ölkələrinin Dövlət Başçıları Şurasına baxılmaq üçün təqdim olunan sənədlərin layihələri müzakirə olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir