Türkiyədə fevralın 6-sı baş verən dağıdıcı zəlzələlərdən zərər görən vilayətlərdən biri də Malatya oldu.

”Ağdam tv” “TRT Haber”ə istinadən xəbər verir ki, hazırda vilayətdə zəlzələ nəticəsində uçan binaların dağıntılarının toplanması işləri davam etdirilir.

Eyni zamanda, təbii fəlakət zamanı ciddi zərər görən binalar da uçurulur. Dağıntılar toplandıqca isə Malatyada boşluq ərazilərin sayı artır. Dronla çəkilmiş görüntülərdən isə şəhərin son vəziyyətini görmək mümkün olub.

Xatırladaq ki, ən son açıqlamaya görə, Türkiyədə fevralın 6-sı baş verən dağıdıcı zəlzələlər nəticəsində 50 500 nəfər həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir