Fransa Prezidenti Emmanuel Makronun xalqa müraciətindən sonra ölkədə etirazlar başlayıb.

“Ağdam tv” xarici mətbuata istinadən xəbər verir ki, Parisdə 2 000-ə yaxın etirazçı nümayişə qatılıb.

Fransanın məşhur şəhərlərində yaşayan sakinlər Makrona narazılığını bildirmək üçün küçələrə axışıblar.

Qeyd edək ki, Fransanın aparıcı həmkarlar ittifaqları ölkədə pensiya yaşının artırılmasına qarşı ümumxalq etirazı təşkil ediblər.

Xatırladaq ki, Fransada pensiya yaşı 62-dən 64-ə yüksəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir