Məşhurlar arasında sevilən intervallı ac qalmanın sağlamlıq üçün bir çox faydası var – alimlər bu barədə tez-tez danışırlar. Bununla belə, yeni bir araşdırma bu pəhriz növünün hamiləlik problemlərinə səbəb ola biləcəyini aşkar edib.

Müvafiq tədqiqat “Royal Society Publishing” portalında dərc olunub.

Qeyd edək ki, sözügedən pəhriz – qida qəbulu arasında vaxt intervallarına riayəti nəzərdə tutur.

Noricdəki Şərqi İngiltərə Universitetinin tədqiqatçıları intervallı ac qalmanın arıqlamaq üçün təsirli olsa da, reproduktiv funksiyaya mənfi təsir göstərə və ya sonsuzluğa səbəb ola biləcəyini xəbər verib.

Alimlər Danio balığının (Danio rerio – bu balıqlar genetik səviyyədə insanlara bənzəyir) üzərində təcrübə keçərək, pəhrizin onların çoxalmasına necə təsir etdiyini araşdırıblar. Məlum olub ki, uzun sürən aclıqdan sonra erkək spermatozoidlərin və dişi yumurtaların keyfiyyəti aşağı düşüb, eyni zamanda nəslin keyfiyyəti də pisləşib.

O da məlum olub ki, mənfi təsirlər pəhriz bitdikdən sonra da bir müddət davam edə bilər.

Tədqiqatın müəllifləri ehtimal edirlər ki, qadın orqanizmi öz sağlamlığına üstünlük verir, bu səbəbdən bu cür aclıqdan sonra reproduksiya hesabına bərpa olur. Alimlər aybaşı siklinin nə qədər müddətə normallaşacağını öyrənmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir