Litva Seymi dövlət səviyyəsində fövqəladə vəziyyət şəraitində qanunsuz miqrantlara sığınacaq verilməsindən imtinanı rəsmiləşdirən qanun qəbul edib.

“Ağdamtv” “Delfi”yə istinadən xəbər verir ki, bu təşəbbüsü 141 deputatdan 86-sı dəstəkləyib.

Qeyd olunur ki, səsvermə zamanı cəmi 8 deputat əleyhinə çıxıb, daha 20 deputat isə bitərəf qalıb.

Qanun layihəsinə əsasən, bundan sonra Litva təhlükəsizlik qüvvələri sərhəd-keçid məntəqələrini qanunsuz yolla keçən miqrantları deportasiya etmək üçün icazə alacaq.

Litva Prezidenti Gitanas Nauseda müvafiq dəyişiklikləri dəstəkləsə, yeni normalar mayın əvvəlindən qüvvəyə minəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir