Kremldə NATO Baş katibi Yen Stoltenberqin Kiyevə səfəri ilə bağlı Ukraynanın Şimal alyansına daxil olması perspektivlərinin qiymətləndirilməsi aparılmır.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib

Kremlin sözçüsü vurğulayıb ki, Ukraynanın NATO-ya daxil olmasının qarşısını almaq hələ də xüsusi əməliyyatın məqsədlərindən biridir.

Peskov Fransa və Böyük Britaniyanın nüvə arsenalları barədə danışıb. Bildirib ki, Rusiya Fransa və Böyük Britaniyanın nüvə arsenallarının faktiki olaraq ABŞ-ın nəzarəti altında olduğunu hesab edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir